Hollandiyalı futbolçu “Beşiktaş”ın hədəfində
01.05.2025 , 13:45

“AZ Alkmaar”ın futbolçusu Ernest Poku karyerasını Türkiyədə davam etdirə bilər.
Korner.az xəbər verir ki, hollandiyalı oyunçu ilə “Beşiktaş”ın yaxından maraqlandığı bildirilib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
21 yaşlı hücumçunun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.
Bu mövsüm 19 matça çıxan Poku 1 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
