Hollandiya millisinin Belçika ilə oynayacağı yoldaşlıq görüşünə kapitanlıq vəzifəsində Uesli Sneyder çıxaracaq.
Korner.az-ın məlumatına görə, yığmanın çalışdırıcısı Luis Van Qaal kapitanlıq sarğısını yarımmüdafiəçiyə həvalə edib. "İnter"in formasını geyinən 28 yaşlı futbolçu "narıncılar"da daimi olaraq kapitan olacaq.
Qeyd edək ki. Hollandiya – Belçika matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
