“Federasiyanın qarşımızda qoyduğu məqsədə nail ola bilmədik. biz Avro-2016-ya birbaşa, ən pis halda isə pley-ff yolu ilə yüksəlmək istəyirdik. Bunun öhdəsindən gələ bilmədik”.
Korner.az-ın məlumatına görə, bu sözləri Avro-2016-nın final mərhələsinə qatıla bilməyən Hollandiya millisinin baş məşqçisi Danni Blind deyib.
Blind komandada çox əskiklərin olduğunu vurğulayıb: “Tabloya bütövlükdə baxmaq lazımdır. Bu, özünəbəraət deyil, amma 15-16 futbolçumuzun xidmətindən məhrum olmuşduq. Biz Almaniya və ya İspaniya deyilik ki, əskikləri aradan qaldıracaq heyətimiz olsun. Gələcəyə baxmalıyıq. İndi qarşımızda DÇ-2018-in final mərhələsinə çıxmaq məqsədi durur”.
Qeyd edək ki, Hollandiya millisi 1984-cü ildən bu yana ilk dəfədir ki, Avropa çempionatının final mərhələsinə çıxa bilməyib.
