Hollandiya millisininin daha bir futbolçusu zədələnib.
Korner.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə
görə, Uesli Sneyder zədəsi səbəbindən komandasının ümumi məşqində iştirak edə
bilməyib. Ayağında ağrı hiss edən təcrübəli yarımmüdafiəçi fərdi qaydada
çalışıb.
Sneyderin zədələnməsi yığmanın baş məşqçisi Lui van
Qalı narahat edib. O, komandanın həkimlərinə Kosta-Rika ilə matça qədər
Sneyderin zədəsini tam sağaltmağı tapşırıb.
Xatırladaq ki, bundan əvvəl Robin van Persi də məşq
zamanı zədələnmişdi.
