Bu gün Hollandiya çempionatına yekun vurulub.
Korner.az-ın məlumatına görə, son tura qədər mübarizə hərəyə 81 xalı olan “Ayaks” və PSV arasında gedib.
Amsterdam təmsilçisi “De Qrafsxap”la heç-heçə (1:1) edərək vacib iki xal itirib. Eyndhoven təmsilçisi isə “Zvolle”yə 3:1 hesabı ilə qalib gəlib.
Beləliklə, PSV yarışı 84 xalla birinci, “Ayaks” isə 82 xalla ikinci yerdə tamamlayıb.
