Bu gün 15 yaşadək futbolçular arasında II Qəbələ kubokunda ilk oyunlar keçirilib.
Korner.az-ın məlumatına görə, məşqhur futbolçu Roy Makaayın baçılıq etdiyi "Feyenoord" ilk oyunda "Portu"ya məğlub olub.
Hollandiya futbolunun canlı əfsanəsi məğlubiyyəti belə şərh edib:
"Oyun heç-heçəyə doğru gedirdi. Son dəqiqələrdə qol buraxmaq üzücüdür. Azərbaycana, Qəbələyə dünən gəlmişik və məşq eləməy vaxtımız olmayıb. Dünən gəlib, bu gün oyuna çıxmışıq. Turnirin təşkilatçılığı yüksək səviyyədədir. Hər şey əla təşili olunub. Ölkənizlə bağlı təəsüratlarımda müsbətdir".