Hollandiya Fransaya, Danimarka Uelsə qalib gəldi, Almaniya aşağı liqaya düşdü
17.11.2018 , 11:57

Bu gün UEFA Millətlər Liqasında V turun növbəti matçları keçirilib.
Turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş baş tutub. A Liqasında Hollandiya Fransaya 1-0 hesabı ilə qalib gəlib. Bu nəticə ilə qrupun digər komandası Almaniya B Liqasına düşüb. Əvəzində, Danimarka B-dən A Liqasına yüksəlib. Bundan əlavə, İrlandiya və Sloveniya C Liqasına düşüblər.
Millətlər Liqası
V tur
16 noyabr
A Liqası
1-ci qrup
Hollandiya – Fransa – 2:0
Qollar: Corcino Veynaldum, 45, Depay, 90
B Liqası
1-ci qrup
Slovakiya – Ukrayna – 4:1
Qollar: Albert Ruşak, 6, Yuray Kuçka, 26, Adam Zrelak, 52, Robert Mak, 61 – Yevgeni Konoplyanka, 57
4-cü qrup
Uels – Danimarka – 1:2
Qollar: Qaret Beyl, 89 – Nikolay Yorgensen, 42, Martin Breytveyt, 88
C Liqası
3-cü qrup
Kipr – Bolqarıstan – 1:1
Qollar: Panayiotis Zahariou, 24 – Nikolay Dmitrov, 89 (pen.)
Sloveniya – Norveç – 1:1
Qollar: Benjamin Verbiç, 9 – Byörn Yonsen, 85
D Liqası
4-cü qrup
Cəbəllütariq – Ermənistan – 2:6
Qollar: Tyay De Barr, 10, Adam Pristli, 88 – Yura Movsisyan, 27, 48, 52, 54, Artur Karadaşyan, 66, Aleksandr Karapetyan, 90
Lixteynşteyn – Makedoniya – 0:2
Qollar: Enis Bardi, 53, İliya Nestovoski, 90
Qırmızı vərəqə: Sandro Veyzer, 50 (Lixtenşteyn).
