Hollandiya çempionatının yeni mövsümünün ilk oyunları polisin tətili səbəbilə təxirə salınacaq.
Korner.az-ın məlumatına görə, artıq Herenven şəhərinin meri De Qrafsxapla oyunun baş tutamayacağını elan edib.
Oyun cümə gününə planlaşdırılırdı. Bu səbəblə şənbə gününün Zvolle-Kambur, Villem-Vites və DenXaaq-PSV oyunları da təxirə salınıb.
Qeyd edək ki, son aylar ərzində ölkə polisi iş rejiminin ağırlığından şikayətlənərək daimi tətillər keçirir.
