Avropa Liqası 1/16 final mərhələsində "Feyenord" öz meydanında "Roma"nı qəbul edir.
Korner.az-ın məlumatına görə, hazırda davam edən oyunda xoşagəlməz hadisə yaşanıb. Belə ki, oyunun baş hakimi 54-cü dəqiqədə Vredeyə qırmızı vərəqə göstərib. Bu hadisədən sonra yerli azarkeşlər stadiona yad əşyalar atmağa başlayıblar. Belə olduqda, referi oyunu dayandırmaq məcburiyyətində qalıb. Təxminən, 15 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam edir.
