Holand ilin ən yaxşısı seçildi
21.12.2020 , 20:00

Norveçdə 2020-ci ilin ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “Borussiya”nın hücumçusu Erlinq Holanddır. O, ölkəsində ilin ən yaxşısı seçilib.
Bu barədə Norveç milli komandasının mətbuat xidməti məlumat yayıb.
Holand FIFA tərəfindən ilin ən yaxşı gənc futbolçusuna verilən “Golden boy” mükafatının da qalibi olub.
