Holand ayın ən yaxşısı seçildi
14.05.2021 , 17:59
Almaniya Bundesliqasında aprel ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu ada Dordmund “Borussiya”sının hücumçusu Erlinq Holand layiq görülüb.
Bu barədə klubun rəsmi tvitter səhifəsi məlumat yayıb.
Norveçli oyunçu aprel ayında 5 oyunda 4 qol vurub.