Almaniyanın “Hoffenhaym” klubunun yarımmüdafiəçisi Boris Vukçeviç avtomobil qəzasına düşüb.
Korner.az– ın məlumatına görə, 22 yaşlı gənc futbolçu sürət həddini aşdığı üçün sükan arxasında idarəetməni itirib və qarşıdan gələn avtomobillə toqquşub.
Vukçeviç ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hal-hazırda futbolçunun həyatının təhlükədə olduğu bildirilir.
