Xəbər verdiyimiz kimi, Azərbaycna milli komandası Avro-2016-nın seçmə mərhələsi çəçivəsində iyunun 8-də Osloda Norveçlə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo millimizlə oyun üçün daha bir futbolçuya dəvət göndərib.
Belə ki, Almaniyanın “Hoffenhaym” klubunun hücumçusu Tarik Elyunussi Norveç yığmasına dəvət olunub.
O, İsveçə qarşı yoxlama və Azərbaycanla AÇ-2016-nın seçmə mərhələ matçında iştirak edə bilər.
