Premyer Liqanın 19-cu turu çərçivəsində öz meydanında "İnter"ə məğlub olan "Xəzər Lənkəran" yenə azarkeşlərini üzdü.
"Ağ-yaşıllar"ın icraçı direktoru Höccət Hacıyev Korner.az-a verdiyi açıqlamada 2:3-lük "İnter" məğlubiyyətini belə şərh edib:
"Komanda pis oynamadı. Ancaq məğlubiyyət haqda fikirləşmirdik. Yeni transferlərin çıxışına qiymət vermək fikirimcə tezdi. Karles Bakesin istefası isə müzakirə olunmur. Qarşıda hələ oyunlar var. Bu məğlubiyyətə görə rəhbərlik heç bir futbolçunu cəzalandırmayacaq".