Dünən UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində evdə PSJ-yə 1:2 hesabı ilə uduzan “Çelsi”nin baş məşqiçisi Qus Hiddink bəzi futbolçularından narazı qalıb.
Korner.az-ın məlumatına görə, təcrübəli çalışdırıcının ən çox etirazı Eden Hazarda olub.
İngiltərə mətbuatının yazır ki, 69 yaşlı mütəxəssis görüş zamanı yaxşı təsir bağışlamayan yarımüdafiəçini fitə basan azarkeşlərə haqq qazandırıb.
O, 25 yaşlı futbolçunun ilk yarıdan sonra rəqibin oyunçusu Anhel Di Maria ilə formasını dəyişməsi ilə bağlı narazılığını bildirib: “İlk yarıdan sonra rəqinib oyunçusu Di Maria ilə formasını dəyişib. Təbii ki, bunu etmək lazım deyildi. Azarkeşlərin onu fitə basmağa tam haqqları var”.
