Londonun “Çelsi” klubunun baş məşqçisi Qus Hiddink gələcək planlar haqqında danışıb.
Korner.az-ın məlumatına görə, bu xəbər klubun rəsmi saytında yer alıb.
Komandaya yeni təyinat alan təcrübəli mütəxəssis gələcək transferlər haqda bunları deyib:
“Yenidən bu komandaya qayıtdığıma görə şadam. Klubda yaranmış vəziyyəti düzəlmək elə də asan olmayacaq. Yanvarda olacaq transferlər haqqında danışmamışıq. Görək, yaxın zamanda nələr baş verəcək”
Qus Hiddink London təmsilçisinə Joze Mourinyonun istefasından sonra gəlib.
