"Çelsi"nin baş məşqçisi Quus Hiddink komandasının FA Kubokunda "MK Dons"un darmadağın etdiyi (5:1) matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
Korner.az-ın məlumatına görə, 1/8 finalda "Mançester Siti"yə rəqib olan zadəganlar indidən qayğılı görünür.
Komandanın hollandiyalı çalışdırıcısı bu matçın finala bərabər olduğunu dilə gətirib:
"Bu artıq finaldı. Bəli, finalı daha tez oynayacağıq. Çox vacib qarşılaşma olacaq. Artıq növbəti mərhələdə final oynayacağıq"
