Hidayət Heydərovdan qızıl medal
02.12.2023 , 15:48

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, o, finalda yerli idmançı Soişi Haşimotoya qalib gəlib.
81 kq-dakı Zelim Tçkayev isə bürünc mükafata sahib çıxıb. O, Tacikistan təmsilçisi Somon Makhmadbekovu yenib.
