Hidayət Heydərov Olimpiya çempionu oldu!
29.07.2024 , 20:51

Azərbaycanın cüdoçusu Hidayət Heydərov (73 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında final döyüşünə çıxıb.
Korner.az xəbər verir ki, yığmamızın lideri yerli, Fransadan olan idmançı Con Benjamin Qaba ilə qarşılaşıb.
Hidayət həlledici görüşdə rəqibini üstələyərək Olimpiadanın qızıl medalına sahib çıxıb.
Bu, yığmamızın Yay Olimpiya Oyunlarında qazandığı ilk medal olub.
