big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Heyf o formanın üstündəki bayraqdan… – YAZI

15.10.2015 , 10:21

Hər dəfə millimizin oyununa baxanda deyirəm ki, bəxtim gətirməyib. Hansısa böyük Avropa ölkəsində və ya Braziliya kimi futbol ölkəsində doğula bilərdim. İş işdən keçib daha. Azərbaycan vətəndaşıyam. Ona görə də reallıqdan danışmaq lazımdı…

Berti Foqtsun zamanında millimizin futbolçuları ötürmə edə bilmirdi, hesabın 0:0 olması üçün nə özləri qabağa gedir, nə də rəqibi bizim qapımıza tərəf gəlməyə imkan verirdilər. O vaxtlar tək prinsip o idi ki, “topu qabağa at”. 1-ci hissəni normal oynayırdılar. Çox matçlarda birinci hissə 0:0 bitirdi. Amma 2-ci hissəni bizimkilər “priznavat” eləmirdi. Ona görə də statistikaya baxsaq, qolların çoxunu ikinci hissədə buraxdığımızı görərik. Yəni dediyim odur ki, alman məşqçinin vaxtında heç də almanlara məxsus olmayan futbol oynayıb millimiz. Düzünü desəm, bunun adı “antifutbol”du.

1 il əsgərlikdə oldum, qayıdanda dedilər ki, “almanlar ölüb, xorvatların bayramıdı”. Dedim “a bala, nə olub, nə məsələdi?”, dedilər ki, bəs “meşə”yə Prosineçki gəlib. O gələndən 6 xal yığıb millimiz. Həm də oyunlarda “paslaşmanın” şahidi olmağa başlamışam. Demirəm yaxşı “paslaşırlar”, deyirəm ki, düzgün ötürmə etməyi öyrənirlər. Ən azı, 2 ildən sonra nəsə nailiyyət qazanacağımıza ümid edirəm. Prosineçki bizim çıxış yolumuzdu, məncə…

Məşqçi amilini qoyaq bir kənara. “Artıq adamlar”ı millidən kənarlaşdırmaq lazımdı. Neçə ildir ki, millidə forma geyinirlər, amma bir qəpiklik də oynaya bilmirlər. Azarkeşlər nəticəyə də, gözəl oyuna da acdı. Məşqçi də dəyişdi, futbolçular düzəlmədi. Oyuna can qoyan 1-2 nəfərdi. Qalanları elə-belə oynamaq üçün çıxır meydana. Bizdə heç ruh yüksəkliyi də yoxdu. Oyunçuların fərdi qabiliyyətinə göz dikmişik. Top boş qapımıza gedəndə gözümüz Rəşadı axtarır ki, hardansa çıxıb supermenlik edəcək, qola mane olacaq. Nə vaxta kimi deyəcəyik ki, “Rahid uzaqdan vursaydı, bəlkə də qol olardı”? Ordan-burdan futbolçu gətirib “azərbaycan əsilli futbolçu” adıyla “soxuşdururlar” milliyə. Hələ bir ara azarkeşlər istəyirdi ki, Flavinyo ilə Kanales də milliləşdirilsin. Adama gülərlər, vallah…

AFFA qol vuran futbolçuya mükafat verir deyə, kim topu harda gəldi vurur qapıya ki, “Allah Kərimdi, birdən girər qapıya, qol olar, mükafatı da mən qazanım elə”. AFFA milliyə hər oyunda qələbəyə, heç-heçəyə, qol vurmağa görə mükafat ayırınca, birdəfəlik o mükafatın 2 qatını qrupdan çıxmağa görə ayırsın. Onda hamısı həvəsə gəlib, əl-ələ verər ki, qrupdan çıxmağı bacarsınlar.

Hə, bir də ki, Albaniyanın, Şimali İrlandiyanın builki oyunlarıyla, keçənilki oyunlarını müqayisə edib, aradakı fərqi tapıb, millimizə tətbiq etmək lazımdı. Adamlar şou göstərir, qrupdan çıxır, biz isə hələ də yatmışıq fil qulağında. Gör-götür dünyasıdı…
Uzun sözün qısası, nəsə eləmək lazımdı bəylər, azarkeş itirmək komanda üçün faciədi. Bu faciənin baş verməməsi üçün hərəkət etmək lazımdı. Bir azarkeş olaraq istəyirəm ki, nəticə olmasa da, gözəl oyuna baxaq. Camaat da desin ki, uduzsaq da, baxımlı oyun seyr etdik. Yəni ən azı, 2 manat verib stadiona getdiyimizə peşman olmayaq…

Heyf o formanın üstündəki bayraqdan…

Qulam Səfərov

Son yazılar

To Top