Heydərov finalda!
29.07.2024 , 19:17

Azərbaycanın cüdoçusu Hidayət Heydərov (73 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Korner.az xəbər verir ki, yığmamızın lideri İsraildən olan idmançı Tohar Butbul ilə qarşılaşıb.
Hidayət rəqibini “qızıl xal”da üstələyərək növbəti mərhələyə – 1/4 finala adlayıb.
