Heydərov qızıl medalın sahibi oldu
18.02.2022 , 21:13

Azərbaycan cüdoçusu Hidayət Heydərov İsrailin paytaxtı Tel-Əvivdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Obidkhon Nomonovla (Özbəkistan) üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Heydərov “qızıl” qazanıb.
