Ölkə futbolu

Heydər Əliyev Kubokunun qalibi müəyyənləşdi

15.06.2018 , 17:36

Naxçıvan Muxtar Respublikasında keçirilən futbol üzrə III Heydər Əliyev Kubokunun qalibi müəyyənləşib.

İlk iki oyunu qalib başa vuran “Şüvəlan”a çempionluq üçün “Zaqatala” ilə matçda 1 xal da sərf edirdi. “Şüvəlan” da bu oyunda qarşıya qoyulan minimum vəzifənin öhdəsndən gəlib. Heç-heçəyə müvəffəq olan Aqil Nəbiyevin komandası çempionluğu bayram edib.

Qeyd edək ki, yarışın ilk qalibi “Neftçala” olub. Ötənilki yarışda isə MOİK uğur qazanıb.

Son yazılar

Yuxarı