“Heydər Əliyev İli”nə həsr olunan yoldaşlıq görüşü
18.02.2023 , 15:34

Naxçıvan MR-nın Yaycı kənd 2 nömrəli tam orta məktəbində basketbol yarışı keçirilib.
Korner.az xəbər verir ki, Ordubad və Culfa rayon ümumtəhsil məktəblərinin oğlanlardan ibarət basketbol klubları “Heydər Əliyev İli” ilə əlaqədar yoldaşlıq oyununda üz-üzə gəlib.
Qarşılaşma Ordubad məktəblilərinin qələbəsi ilə yekunlaşıb. Sonda hər iki komandaya diplomlar təqdim edilib.
