Topaz Premyer Liqasında VIII turun “İnter” – “Qarabağ” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze iştirak edə bilməyib. O, həyat yoldaşının vəfatı ilə bağlı Tiflisə gedib. Buna görə mətbuat konfransına “İnter”in köməkçi məşqçisi Zaur İsmayılov çıxıb və oyun haqda fikirlərini bildirib..
“Qarabağ”ı təbrik edirəm. Bilirdik ki, bizi çətin oyun gözləyir. Heyətimizdə oyunçu çatışmazlığı var. Ehtiyatda da futbolçumuz yox idi. Uşaqlar döyüşdülər və bir anlıq sayıqlığı itirdilər”
