Premyer Liqa

“Heyəti qurmağa çətinlik çəkirdim”

01.10.2012 , 05:54

“Oyundan öncə itkilərimiz var idi. Əsas heyətdən qapıçı Radoş zədəli, Emin İmaməliyev isə cəzalı idi. Heyəti qurmağa çətinlik çəkirdim”.
 
Korner.az– ın məlumatına görə, bu sözləri səfərdə “Rəvan”ı 2:1 hesabıyla məğlub edən “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov deyib.
 
Gənc məşqçi komandasının oyunundan razı qaldığını da bildirib:
 
“Komandanın oyun boyu göstərdiyi mübarizədən razı qaldım. Klub prezidenti də komandanı qələbə münasibəti ilə təbrik etdi. Bu gün 3 xal qazanıb turnir cədvəlinin son pilləsindən qurtulduq. Artıq “Qarabağ”la oyuna hazırlaşmalıyıq”.

Son yazılar

Yuxarı