Ölkə futbolu

“Hesabı açandan sonra…” – Zaur Həşimov

04.12.2019 , 19:37

“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/8 finalında “Qaradağ Lökbatan”la oyundan sonra fikirlərini bildirib.

Korner.az xəbər verir ki, mütəxəssis 4:0 hesablı qələbəni belə şərh edib:

“Belə oyunlarda ən çətin məsələ futbolçuları matça kökləmək olur. Fikrimcə, bizdə də bu, pis alınmadı, sadəcə, birinci qola qədər bir qədər psixoloji gərginlik var idi. Hesabı açandan sonra işlər qaydasına düşdü, daha çox hücum etməyə başladıq. Bunun da nəticəsində bizi qane edən hesabla qələbə qazandıq”.

Son yazılar

Yuxarı