Dortmund “Borussiya”sının baş məşqçisi Yürgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsində dünən səfərdə “Şaxtyor”a qarşı keçirilən oyundan sonra mətbuata açıqlama verib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis açıqlamasında: “Hesab hələ 2:1 rəqibin xeyrinə olanda da bunun pis nəticə olmadığını düşünürdüm. Ancaq 87-ci dəqiqədə qol vurduq və bu zaman mən çox sevindim. Öz meydanımızda azarkeşlərin köməyi ilə turu keçəcəyimizi düşünürəm” – deyə o,qeyd edib.
