“Herta” – “Qəbələ” oyunu macarlara tapşırıldı
26.11.2018 , 16:42

UEFA Gənclər Liqasının ikinci mərhələsində keçiriləcək “Herta” (U-19)- “Qəbələ” (U-19) cavab oyununa hakim təyinatları açıqlanıb.
Matçı Macarıstan Futbol Federasiyasından Ferenç Karako idarə edəcək.Yan xətt hakimləri Tibor Tsatari və Norbert Bornemissza olacaq. Dördüncü hakim funksiyasını isə almaniyalı Lasse Koslovski yerinə yetirəcək.
Qeyd edək ki, “Herta” – “Qəbələ” matçı noyabrın 28-i Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bu komandalar arasında Qəbələdə keçirilən ilk görüş Almaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
