“Yuventus”dan Çinin “Hebei China Fortune” klubuna keçən Hernanes bu haqda açıqlama verib.
Korner.az-ın məlumatına görə, futbolçu sosial şəbəkə hesabında bunları deyib:
“Çin qədim mədəniyyəti, insanları, düşüncələri və karyeram nöqteyi-nəzərdən verdiyi imkanlara görə hər zaman xəyal etdiyim yer olub. Bu imkanı mənə verdiyi üçün “Hebei China Fortune” klubuna öz təşəkkürümü bildirirəm. Komanda üçün əlimdən gələni edəcəm”.
Xatırladaq ki, braziliyalı futbolçu 8 milyon avro qarşılığında Çin klubuna transfer olunub
