Futbol

Hendrik Eksteyn “Sabah”la 2 illik müqavilə imzalayır

28.06.2019 , 12:21

Cənubi Afrika Respublikasının (CAR) futbolçusu Hendrik Eksteyn “Sabah”la anlaşıb.

Korner.az-ın məlumatına görə, “Qarabağ”ın da heyətinə qatmağı planlaşdırdığı futbolçu paytaxt komandası ilə 2 illik müqavilə imzalayacaq. Bu barədə futbolçunun meneceri Palesa Mkize deyib.

“Sabah” 28 yaşlı futbolçunun keçidini bugünlərdə rəsmən açıqlayacaq.

Qeyd edək ki, Hendrik Eksteyn son klubu “Kayzer Çifs”dən apreldə ayrılıb və ilk dəfə legioner həyatı yaşayacaq.

Son yazılar

Yuxarı