“Qarabağ” qol sayı baxımdan bizi açıq-aşkar üstələyirdi. Yəni, hesab daha böyük ola bilərdi. Buna görə də 0:1 hesabından razı qalmalıyıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Hefle”nin qapıçısı Mattias Huqosson deyib.
Avropa Liqasının III təsnifat mərhələsində Bakıda Ağdam klubuna son dəqiqələrdə buraxdığı qolla məğlub olan İsveç klubunun 35 yaşlı qolkiperi
növbəti mərhələyə yüksəlmək şanslarının olduğunu bildirib: “Ola bilər ki, Bakıda gözləniləndən zəif çıxış etdik. Artıq cavab matçında mütləq qələbə qazanmalıyıq. Rəqib haqda yeni məlumatlar əldə etmişik. Düşünürəm ki, bunlar bizə cavab matçında kömək olacaq. Növbəti mərhələyə yüksəlmək şansımız var. Rəqib İsveçə 1:0 hesablı üstünlüklə gələcək. Ancaq bu üstünlük hələ yolun yarısıdır”.
Qeyd edək ki, “Gefle” – “Qarabağ” matçı avqutun 8-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
