“Mançester Yunayted”in sabiq məşqçi və futbolçusu Rayn Qiqz maraqlı açıqlamar verib.
Korner.az-ın məlumatına görə, “The Telegraph”a danışan əfsanəvi oyunçu heç vaxt matçdan həzz almadığını deyib:
“Mən heç vaxt futbol oyunundan həzz ala bilməmişəm. Həmişə narahat olmuşam. Futbol mənə matçın ilk 10 dəqiqəsində 3:0 hesablı öndə olub məğlub olma ehtimalını öyrədib. Bu elə də asan deyil. Bu gün sən 30 selfi, 30 avtoqraf verə bilərsən, sabah heç biri olmaz. Bu gün səni hamı tərifləyər, sabah pisləyərlər”
Xatırladaq ki, Qiqz futboldan sonra şəxsi psixiatrla görüşməyə başlamışdı
