“Heç vaxt barışmayacam”
23.11.2022 , 19:25

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu şərh edib.
Korner.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları və mübarizəni dayandırdıqları oyundan sonra bunları deyib:
“Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bizim işimiz qalan 4 oyuna hazırlaşıb, bacardığımız qədər yaxşı nəticə qazanmaqdır. Bugünkü sakitliyim məğlubiyyətlə barışmağım anlamına gəlmir. Heç vaxt da barışmayacam. Sadəcə,vəziyyəti anlayıb, səbirli və təmkinli olmağa çalışıram”.
