UEFA-nın 2013/14 mövsümünün avrokubokları üçün əmsallar cədvəli açıqlanıb.
Korner.az-ın məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ”, “Xəzər Lənkəran” və “İnter”in iyulun 18-də meydana çıxdığı oyunlarda Azərbaycan aktivinə cəmi 0,250 xal əlavə edə bilib. Bu xal da Ağdam klubunun aktivinə yazılır. Belə ki, doğma azarkeşlər önündə Polşa “Pyast”ını məğlub edən “Qarabağ” ölkəmizə II təsnifatın ilk görüşlərində xal yazdıran yeganə komanda olub.
Digər iki təmsilçimiz “Xəzər Lənkəran” və “İnter” isə müvafiq olaraq İsraildə “Makkabi” (Hayfa) və Norveçdə “Tromse”yə 0:2 hesabı ilə məğlub olublar.
Bu qələbə ilə cari mövsüm üçün əmsalımız 1,625-ə çatdırıb. Bunun yarıdan çoxu -0,750-si “Qarabağ”ın hesabındadırsa, “Xəzər Lənkəran”la “İnter” hərəyə 0,375 xal, “Neftçi” isə cəmi 0,125 xal gətirib.
Bununlada Azərbaycan reytinqdə həminki – 30-cu pillədə qərarlaşıb.
..25 Norveç 12.975
26 Serbiya 12.750
27 Macarıstan 11.625
28 Bolqarıstan 10.750
29 Slovakiya 10.250
30 Azərbaycan 9.500
31 Sloveniya 9.000
32 Gürcüstan 8.875
33 Moldova 8.125
34 Finlandiya 7.175
35.Bosniya Herseqovina 7.125
