Bu gün İspaniya yığması İngiltərə ilə üz-üzə gələcək.
Korner.az-ın məlumatına görə, yoldaşlıq xarakteri daşıyan matç maraqla gözlənilir.
Oyundan öncə ingilislərin futolçusu Fil Cons maraqlı açıqlamalar verib. Tez-tez rəqibləri mübahisələr edən futbolçu bu baxımdan oxşarı olan Dieqo Kosta haqda danışıb:
“Belə hallarla çox rastlaşmışam. Mən uşaq olanda kimsə məni vururdusa, mütləq onun cavabını vermək üçün çalışırdım. Düşünürəm ki, heç kimi vurmaq niyyətində deyiləm, amma Kostanın öhdəsindən gələ bilərəm. Qisas hissi həmişə güclü olsa da, futbol mənə bunun düzgün olmadığın öyrətdi. Mən “Blekbern”dən Mançesterə gələndə oyundan oyuna davranışıma və s. keyfiyyətlətimə xüsusi diqqət edirdim”
