“Heç-heçəyə görə narazı deyiləm”
15.10.2022 , 17:28

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının X turunda “Turan Tovuz”la səfər oyununu şərh edib.
Korner.az xəbər verir ki, o, 2:2 hesabı ilə başa çatan matçdan sonra mətbuat konfransında bunları deyib:
“Düşünürəm ki, maraqlı oyun oldu. Tovuza 3 xal qazanmaq üçün gəlmişdik. İlk dövrədə “Turan Tovuz”a uduzmuşduq. Bura revanş üçün gəlmişdik. Ancaq heç-heçəyə görə narazı deyiləm”.
Malışdırıcı yerli azarkeşlər haqda verilən sualı belə cavablandırıb:
“Azarkeşlər futbolun bəzəyidir. Onlarınn stadionda çox olması futbolçular üçün yaxşıdır. Tovuz azarkeşləri möhtəşəm idi. İstər Tovuz, istər Gəncə və başqa bölgə klublarımızın azarkeşləri futbola rəng qatır”.
