Premyer Liqada bu gün keçirilən "Rəvan" – "Xəzər Lənkəran" görüşünün ardından ev sahiblərinin heyətində çıxış edən gənc futbolçu Tofiq Mikayılov oyunla bağlı fikirlərini bölüşüb.
Korner.az-a danışan oyunçu bunları deyib: "Oyuna çox ciddi hazırlaşmışdıq. Az sayda olan azarkeşlərimizə öz minnətdarlığımı bildirirəm. Gəldilər və bizə dəstək oldular. Heç-heçəni bizim üçün uğurlu saymaq olar. Uşaqları təbrik edirəm".
