“Heç-heçə ediləsi oyun idi” – Elşad Əhmədov
04.11.2018 , 20:02

“Maraqlı oyun keçdi. Xüsusilə ikinci hissəni qeyd edərdim. Yorğun olan futbolçulara istirahət vermişdik. Oyuna zəif başladıq. İkinci hissədə yaxşı oynadıq. “Qəbələ”ni təbrik edirik. Ancaq heç-heçə ediləsi oyun idi”
Bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqanın 10-cu turunda səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
– Marko Deviçin yoxluğunda hücum xəttiniz “dişsiz” görünür. Bu gün Tural Qürbətova sonradan şans verdiniz, sonra da əvəzlədiniz…
– Bəli. Markonun olmaması ziyanımızadır. Turala şans verdik ki, hücumu sürətləndirək. Sonra Elşən Abdullayevin sürətinə güvənərək onu meydana buraxdıq.
– Komanda ilk hissəni niyə zəif keçirdi?
– Həmişə ikinci hissəni zəif oynayırdıq. Bu dəfə ilk hissəni. Vadim Abdullayevlə Tərzin Changirov özlərini yaxşı tərəfdən göstərmədilər.
qol.az
