DÇ – 2018-in seçmə mərhələsində keçirilən Azərbaycan – Çexiya (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Karel Yarolim jurnalistlərin suallarını cavablandırdı.
– Bu gün o qədər də güclü oynamadız. Necə oldu ki, qələbə qazandız?
– Fikrinizlə tam razılaşa bilmərəm. Bəli, qalib gəlsək də, səhvlərimiz çox oldu. Əsas da oyunun ikinci hissəsində Azərbaycan yaxşı oynadı. Rəqibin müdafiəsinin güclü olduğunu bilirdik. İstərdik, daha çox qol vuraq.
– Azərbaycan millisindən gözlədiyiniz oyunu gördüzmü?
– Gözlədiyim kimi arxa xət xeyli yaxşı çıxış etdi. Azərbaycanın oyununu yüksək qiymətləndirirəm.
– Bugünkü oyuna görə öz işinizi necə qiymətləndirirsiz?
– Bunlar şəxsi nüanslardı. Belə məsələlərlə məşğul olmuram. Nə olacağını gələc
– Tomaş Rosiçki, Petr Çex kimi futbolçuların gedişindən sonra Çexiya millisi xeyli zəifləyib. Onların yerinə namizədlər varmı, yoxsa hələ çox vaxt lazım olacaq?
– Daha əvvəl də bu barədə danışmışam. Komandamızda çox yenilik olub. Bəzi futbolçularımız zədəlidi. Daha yaxşı futbolçuların cəlb olunması prioritet məsələdi.
– Azərbaycan millisini məğlub edən ilk çex baş məşqçi olduz…
– Bu, ilk dəfə idi? (Jurnalistlərdən təsdiq cavabı aldıqdan sonra davam edir – red.) Bu barədə düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.
– Yəqin bilirsiz ki, Kamran Ağayev Çexiyada “Mlada”nın formasını geyinir. Onun çıxışını necə dəyərləndirirsiz?
– Milliyə layiq olub-olmadığını deməzdim. Çünki Azərbaycan millisinin öz baş məşqçisi var. Onu yalnız millinin heyətində görmüşəm. “Mlada”da yalnız bi matçından xəbərim var. Bildiyim qədəriylə çox da uğurlu alınmamışdı.
