Hazard zədələndi
16.08.2019 , 19:47

“Real”ın futbolçusu Eden Hazard zədələnib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi məşq zamanı zədələnib. Tibbi müayindən keçən futbolçuya sağ budunda əzələ zədəsi diaqnozu qoyulub.
Onun La Liqada yeni mövsümün ilk turunda sabah “Selta” ilə keçiriləcək görüşdə meydana çıxacağı sual altındadır.
“Selta” – “Real” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
