Hazard yaşıl meydanlara nə vaxt qayıdacaq?
27.12.2019 , 19:44

“Real”ın futbolçusu Eden Hazardın sağalacağı vaxt bilinib.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi 2020-ci ilin fevralında yaşıl meydanlara qayıdacaq.
O, zədə səbəbindən İspaniya superkubokunun “Valensiya” ilə matçında iştirak edə bilməyəcək.
Futbolçu bu mövsüm “Real”la 8 oyuna çıxıb və 1 qol vurub.
