Hazard “Real”da debüt etdi
14.09.2019 , 18:35

Eden Hazard “Real”da debüt edib.
Korner.az xəbər verir ki, futbolçu “Levante”yə qarşı La Liqanın 4-cü turunun matçında oynayıb. Hazard 60-cı dəqiqədə Kasemironun əvəzinə meydana daxil olub.
Bu görüşdə “Real” 3:2 hesabıyla qalib gəlib.
İspaniya La Liqası
IV tur
“Real” – “Levante” – 3:2
Qollar: Kərim Benzema, 25, 31, Kasemiro, 40, Borxa Mayoral, 49, Qonsalo Melero, 75
