Hazard “Real”a keçir?
28.03.2019 , 14:30

İngiltərənin “Çelsi” klubunun belçikalı futbolçusu Eden Hazardın “Real”a keçidi tezliklə açıqlana bilər.
Britaniya mətbuatının verdiyi məlumata görə, “kral klubu” yarımmüdafiəçi ilə razılığa gəlib. Hazard ilinə 15 milyon avro qazanacaq. 28 yaşlı futbolçunun keçidi Madrid klubu üçün 100 milyon avroya başa gələcək.
Qeyd edək ki, Hazard bu mövsüm Premyer Liqada “Çelsi” klubunun heyətində 29 görüş keçirib və 13 qol vurub.
