“Çelsi”nin istedadlı futbolçusu Eden Hazard iddialı açıqlaması ilə gündəmə gəlib.
Korner.az-ın məlumatına görə, 24 yaşlı oyunçu hazırki mövsümün nəticələrinə görə onun “Qızıl Top”a layiqli olduğunu deyib:
“İlk növbədə mən klub mükafatlarını qazanmaq istəyirəm. Bilirəm ki, mən onları “Çesli”də qazansam mövsümün İngiltərədə ən yaxşı futbolçusu və hətta “Qızıl Top” mükafatına namizədliyimi verə bilərəm. Amma Lionel Messi və Kriştianu Ronaldonun oynamağını görəndə başa düşürəm ki, daha çox qol vurmaq lazımdı.”
