Hazard məşqlərə başladı
06.02.2020 , 17:38

“Real”ın futbolçusu Eden Hazard zədəsini tam sağaltmaq üzrədir.
Korner.az xəbər verir ki, hücumçu artıq komanda ilə ümumi məşqlərə başlayıb.
Belçikalı futbolçu 2 aydan çox müddətdir ki, zədə səbəbi ilə yaşıl meydanlardan kənardı qalıb.
Xatırladaq ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ-ilə matçda (2:2) zədələnmişdi.
