Hazard Kurtuaya sataşdı
23.03.2019 , 11:52

Eden Hazard komanda yoldaşı Tibo Kurtuanın Rusiya ilə görüşdə etdiyi səhv haqqında danışıb.
“Çelsi” klubunun aparıcı futbolçusu Kurtuanın özünü ona oxşatmaq istədiyini deyib.
“Bəlkə də, Tibo özünü mənə oxşatmağa çalışır. O, yəqin mənim oyunlarımı çox izləyir. Amma, onun özünü mənə oxşatması alınan deyil, çünki o, çox böyükdür və driblinq bacarmır. “
Qeyd edək ki, Rusiya ilə görüşdə rəqib futbolçunu keçmək istəyən belçikalı qapıçının səhvi qol ilə nəticələnib.
