Hazard: “Hələ ki, “Çelsi”ni düşünürəm”
09.04.2019 , 12:30

“Çelsi” klubunun futbolçusu Eden Hazard haqqında yayılan transfer xəbərlərinə şərh verib.
Hazırda “Çelsi” klubunda çıxış edən belçikalı futbolçu əsas məqsədinin komanda ilə Avropa Liqasında mübarizəni təmin etməsidir.
“Mən “Çelsi” klubunun futbolçusuyam. Bütün diqqətimi bura yönəltmişəm. Transfer haqqında mövsümün sonu danışmaq olar”.
Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasında “Vest Hem Yunayted” ilə görüşdə Eden Hazardın vurduğu qollarla 2:0 hesablı qələbə qazanıb.
