Hazard: “”Çelsi” azarkeşləri hələ də məni sevir”
19.08.2018 , 16:44

“Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard komandadan ayrılacağı ilə bağlı söz-söhbətlərə son nöqtəni qoyub.
Belçikalı futbolçu London klubunda xoşbəxt olduğunu və heç yerə getməyəcəyini bildirib: “Dünya çempionatından sonra dediyim sözləri hamı bilir. Amma “Çelsi”də məni hər şey qane edir. Hələlik bu haqda artıq nəsə danışmaq istəmirəm. Çox söz-söhbətlər oldu, ancaq indi hər şey ürəyimcədir. Klubla hələ 2 illik müqaviləm var. Görək, hadisələr necə cərəyan edəcək. Bu il heç yerə getməyəcəyəm. “Arsenal”la oyunda da gördük ki, azarkeşlər əvvəlki kimi məni sevir. Burda oynamaq xoşuma gəlir. Görək, yaxın 1-2 ildə necə olacaq”.
Qeyd edək ki, Hazardın “Real”a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
