“Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard ölkə xaricində oynayan ən yaxşı belçikalı futbolçu seçilib.
27 yaşlı oyunçu səsvermədə Kevin de Bruyne (“Mançester Siti”) və Dris Mertens (“Napoli”) geridə qoyaraq ən yaxşı oyunçu olub. Hazard futbolçu karyerası ərzində ilk dəfə bu ada layiq görülüb.
Qeyd edək ki, 2012-ci ildən “Çelsi”də oynayan E.Hazard indiyə kimi 283 matçda 85 qol vurub.
